"Qarabağ" klubunun futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

"Sakaryaspor" 25 yaşlı hücumçu üçün "köhlən atlar"a təklif göndərib. Futbolçunun qərarını bu həftə ərzində verəcəyi gözlənilir. 1-ci Liqaya vəsiqə qazanan komanda qanalı forvardı icarə əsasında və ya birdəfəlik heyətinə qatmaqda maraqlıdır. Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Ankaragücü"nün formasını geyinmiş Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var.